AZ

Həbs edilən Vətən müharibəsi iştirakçısının atası prezidentə müraciət etdi

Həbs edilən Vətən müharibəsi iştirakçısının atası prezidentə müraciət etdi

News365.az Herbiand.az-a istinadən xəbər verir ki, azırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımlı Ləyaqət Gülağa oğlunun atası Kazımov Gülağa Məmməd oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Hərbçinin atası müraciətində oğlu Ləyaqət Kazımlının öz qanı ilə tarix yazanlardan biri, 2016-cı il aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 1 (bir) günlük antiterror əməliyyatının iştirakçısı olduğunu bildirib.

Gülağa Kazımov oğlunun işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində oğlu Ləyaqət Kazımlının böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Müraciətdə qeyd edilib ki, Ləyaqət Kazımlı torpaqlarımızın düşməndən azad olunmasındakı şücaətinə görə çoxlu medallarla təltif olunub, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar alıb:

Sözügedən məktubda deyilir:


"Oğlumu şərləyərək həbsə atıblar. Oğlum heç bir günahı olmadan həbs olunub. Oğlum yüksək rütbəli zabitdir, hərbinin bundan heç bir xəbəri yoxdur, heç maraqlanmır da. Mənim zabitimi mülki polis, mülki məhkəmə hərbinin xəbəri olmadan necə həbs ediblər. Oğlum günahsızdır, oğlumu təhsildən, hərbi işdən uzaqlaşdırmaqdan ötrü bunları sifarişlə həyata keçiriblər.


Xahiş edirəm, oğlumun işinin hərbi prokurorluqda araşdırılmasında bizə dəstək olasınız. Oğlum günahsızdır. Onu vətənimizi istəməyən qara qüvvələr şərləyib həbsə atıblar.


Sizdən xahiş edirəm, haqq-ədalətin bərpa olunmasında bizə öz kömək əlinizi uzadasınız, haqqı nahaqdan ayırmaq Allaha da xoş olar. Qabaqcadan Sizə öz təşəkkürümü bildirirəm”.

Seçilən
35
3
news365.az

4Mənbələr