Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi
Azərbaycan ordusunun qələbəsi son 200 ildə görünməyən bir zəfər kimi tarixə düşdü. Bu qələbədə xalq, ordu və Ali Baş Komandanın rəhbərliyi öz sözünü səngərdə dedi. Biz tarixi qələbəni qazandıq. Bu böyük qələbədə hərbçilərlə ciyin-çiyinə çalışan yol çəkənlərin də xüsusi payı var. Onlar hərbçilərin ardınca, bəzən də onlarla çiyin-çiyinə təminat və təxliyə yollarının çəkilişində böyük fədakarlıq göstəriblər. Gecə-gündüz, qar-çovğun demədən üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gəliblər və qələbəmizi tam təmin ediblər. Elə haqqında söhbət açacağımız qəhrəman yol çəkənlərdən biri də Emin Valeh oğlu Məmmədovdur. Hansı ərazidə işləyibsə, hər kəs onun haqqında danışır. Onun adı dillərdən düşmür. Ehtiyacı olanların yanında olub. Onu yaxından tanıyaq:
Emin Valeh oğlu Məmmədov 24 yanvar 1986-cı il Gədəbəy rayonunun Miskinli kəndində anadan olub. Elə həmin kəndin 1 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub və 2007-ci ildə bakalavr diplomunu, 2009-cu ildə isə magistr dərəcəsini alıb. 2008-ci ildən başlayaraq Azərbaycanda və xaricdə avtomobil yolları və körpülərin tikintisində özünün bilik və bacarığından istifadə etməklə böyük uğurlara imza atıb. Şirkətdə mütəxəssis kimi böyük praktiki təcrübə qazanaraq əvəzolunmaz yol mühəndisi adını qazanır...
44 Günlük Vətən müharibəsindən sonra Qarabağda qələbə qazanan dövlətimiz quruculuq işlərinə başlayıb. Ali Baş Komandan İlham Əliyevin Qarabağa Qayıdış Dövlət Proqramına start verməsi Qarabağda canlanma yaradıb. Tikinti, yol çəkilişi və minalardan təmizlənmə kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu işə mükəlləf olanlar quruculuğa cəlb olunub...
Elə Emin Məmmədov da layihə rəhbəri kimi işə başlayır. İlk olaraq Zəngilan Hava Limanının tikintisində fəal iştirak edir.