AZ

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

Keçən cümə günü "Apple" pərakəndə satışa sentyabrın 20-də başlayacaq bütün "iPhone 16" modelləri üçün əvvəlcədən sifarişləri qəbul etməyə başlayıb. İlk həftəsonunun nəticələrinə əsasən, yeni smartfonlar xəttinə tələbat "Apple"ın gözlədiyindən aşağı olub. 

Valyuta.az xəbər verir ki, bu barədə "TF Securities" analitiki Min-Çi Kuoya istinadən "MacRumors" məlumat yayıb.

Kuonun sözlərinə görə, ilkin sifarişlər başlayandan sonra ilk həftəsonu dörd "iPhone 16" modelinin satışı keçən ilin eyni dövründəki "iPhone 15" seriyasının satışları ilə müqayisədə 13% azalaraq, təxminən 37 milyon ədəd təşkil edib. Təhlilçi tələbin azalmasının əsas səbəbinin Pro və Pro Max modellərinə marağın azalması olduğunu qeyd edib.

Kuoya görə, ilk həftə sonu "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" satışları "iPhone 15 Pro" və "iPhone 15 Pro Max"ın nəticələri ilə müqayisədə müvafiq olaraq 27% və 16% aşağı olub. Kuo qeyd edib ki, ilk həftə sonu "iPhone 16" və "iPhone 16 Plus" modellərinə "iPhone 15" və "iPhone 15 Plus" ilə müqayisədə daha çox tələbat olmasına baxmayaraq, bu, "iPhone 16 Pro" modellərinə olan aşağı tələbi ödəmək üçün kifayət etməyib.

Kuo hesab edir ki, "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modellərinə tələbatın azalmasının səbəbi satışların başlanğıcında "Apple Intelligence" AI seçimlərinin olmamasıdır. Bəzi "Apple Intelligence" süni intellekt funksiyalarına dəstək iOS 18.1-in oktyabr ayında buraxılması ilə yeni məhsullarda və yalnız ABŞ-da görünəcək. Bu yeniliklərin başqa ölkələrdə buraxılma vaxtı sual altında qalır.

Paşa Məmmədli
 

Seçilən
100
50
valyuta.az

10Mənbələr