“Apple”in sentyabrın 9-da təqdim etdiyi “iPhone 16” seriyası bu gün, sentyabrın 20-dən etibarən istifadəçilərə çatdırılmağa başlayıb. Ancaq telefonun bəzi xüsusiyyətləri hələ də naməlum olaraq qalır.

İndex.az xəbər verir ki, “Apple” təqdimat zamanı yeni cihazlarının bütün detallarını paylaşmır. Üstəlik, bunlar əhəmiyyətsiz detallar deyil. Nümunə vermək üçün deyək ki, “iPhone 16” seriyasının satışa çıxmasından bir neçə gün sonra 8 GB RAM olduğunu öyrəndik.

“iPhone 16s”ı təsvir edərkən batareya performansının artdığını vurğulayan “Apple”, həmişəki kimi batareya tutumundan (mAh) bəhs etməyib. Bu dəyərlər batareya performansını ölçmək üçün istifadə edilən proqram sayəsində ortaya çıxdı.

iPhone 16 – 3561 mAh
iPhone 16 Plus – 4674 mAh
iPhone 16 Pro – 3582 mAh
iPhone 16 Pro Max – 4685 mAh

Bu dəyərlər dörd modeldən ibarət olan “iPhone 16” seriyasındakı üç cihazın “iPhone 15” seriyası ilə müqayisədə yüzdə 6 daha böyük batareya ilə gəldiyini göstərir. “iPhone 15 Pro” ilə müqayisədə 9,4 faiz daha böyük batareyaya sahib olan “iPhone 16 Pro”da ən böyük təkmilləşdirməni görürük.

iPhone 15 – 3349 mAh
iPhone 15 Plus – 4383 mAh
iPhone 15 Pro – 3274 mAh
iPhone 15 Pro Max – 4422 mAh

Yuxarıda qeyd etdiyimiz kimi, “Apple” batareya tutumunu mAh deyil, saatlarla ifadə etməyə üstünlük verir. Məsələn, “iPhone 15” üçün 20 saata qədər video oynatma müddətinin “iPhone 16″da 22 saata qədər artdığını açıqladı. “iPhone 15 Pro Max”da 29 saat olan bu dəfə “iPhone 16 Pro Max”da 33 saatdır.