AZ

Astanada Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı

Qazaxıstanın paytaxtı Astana şəhərində İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üzrə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa re­gionu üzrə keçirilən tədbir çərçivəsində COP29 sədrliyinin “Bakı Qlobal İq­lim Şəffaflığı Platforması”nın təqdimatı olub.

Azərbaycanın təşəbbüsü və həmtəşki­latçılığı ilə keçirilən sözügedən tədbirin tərəfdaşları qismində Azərbaycan Respub­likasının Beynəlxalq İnkişafa Yardım və Qazaxıstanın Beynəlxalq İnkişaf agent­likləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, BMT-nin İnkişaf və Ətraf Mühit proqramları və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çıxış ediblər. Təlim seminarında, ümumilikdə, qeyd olunan region üzrə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının hazırlanmasına məsul 50-dən çox ekspert iştirak edib. 

Tədbirin açılış mərasimində Ekologiya və təbii sərvətlər nazirinin müavini Umay­ra Tağıyeva çıxış edərək Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən Bakı Qlobal İqlim Şəffaflığı Platforması barədə məlumat verib. O, platformanın əsas məqsədinin tərəf dövlətləri arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə bu cür platformala­rın hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Genişləndi­rilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək ol­duğunu vurğulayıb.

Nazir müavini bildirib ki, Bakı Qlobal İqlim Şəffaflığı Platforması hökumət, bey­nəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla cəmiyyətin bütün sahələ­rindən olan maraqlı tərəflər arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq və koordi­nasiya məkanı olacaq.

Təqdimatda Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Yerlan Nyssanba­yev, Qazaxıstan Respublikası Prezidenti­nin müşaviri və beynəlxalq ekoloji əmək­daşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək Azərbaycanın COP29 sədrliyinə dəstəyini ifadə edib, ölkənin iqlim şəffaflığı sahə­sində səylərini yüksək qiymətləndiriblər. Çıxışçılar COP29 sədrliyinin iqlim şəffaf­lığı sahəsində önəmli təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün qlobal fəaliyyətə töhfə verəcəyini ifadə ediblər.

Xatırladaq ki, bu il sentyabrın 3-də Ba­kıda keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq zamanı Azərbay­can COP29 sədri qismində Bakı Qlobal İq­lim Şəffaflığı Platforması təsis etmişdir. Bu platformaya qlobal dəstəyin təmin olun­masının təşviqi məqsədilə COP29 sədrli­yinin təşkilatçılığı ilə sentyabrın 9–10-da Toqo və Keniyada reallaşan Afrika regionu ölkələri üçün BTR-ların hazırlanmasına həsr olunan tədbirlərdə Bakı Qlobal İq­lim Şəffaflığı Platformasının təqdimatı keçirilib. Platformanın qlobal təşviqi üzrə növbəti yüksək səviyyəli tədbirin BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çər­çivəsində sentyabrın 25-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

Seçilən
54
12
xalqqazeti.az

10Mənbələr