"Real"ın əfsanəvi futbolçusu Quti Madrid komandasının formasında hansı ulduz futbolçunu görmək istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, “Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haalandın adını çəkib:
“Mən Haalandla müqavilə imzalayardım. Ümid edirəm ki, o, "Real"ın növbəti hədəfi olacaq".
Qeyd edək ki, Quti karyerası ərzində 1995-2010-cu illərdə "Real"da, sonrakı bir mövsüm isə "Beşiktaş"da çıxış edib.