“Mançester Siti” İngiltərə Premyer Liqasının V turunda “Arsenal”la heç-heçə edib – 2:2.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland bu görüşdə fərqlənməklə Premyer Liqada 100-cü qolunu vurub. O, bu saya 105 oyunda çatıb.
Norveçli hücumçu bu göstəricidə portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bir klubda 100 qol rekordunu təkrarlayıb. Ronaldo “Real”da 100 qola 105 oyunda çatıb.