Ukraynanın bəzi yüksək səviyyəli ordu komandirləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyata etiraz ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, “Politico”,bunu adının açıqlanmasını istəməyən iki yüksək rütbəli Ukrayna hərbçisinə istinadən yazıb.
Qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə ilin əvvəlində Rusiyaya hücum məsələsini qaldırıb və hətta bununla bağlı israr edib.
O vaxt buna qarşı çıxanlar arasında nəşr Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnıya da istinad edir.
Onun Kursk əməliyyatına etirazının Rusiya sərhədini yardıqdan sonra “ikinci addımın” olmaması ilə bağlı olduğu bildirilirdi.
Rəsmilərdən birinin sözlərinə görə, Zalujnı bu məsələ ilə bağlı Zelenskidən dəqiq cavab almayıb və əməliyyatı qumar oyunu hesab edib.
Nəşr yazır ki, keçmiş komandirdən başqa, iyulda işdən çıxarılan 80-ci Hava Desant-Hücum Briqadasının komandiri Emil İşkulov da Kursk əməliyyatının əleyhinə çıxış edib. Mənbələr bildiriblər ki,İşkulov öz briqadasının Rusiya torpaqlarında həddən artıq müdafiəsiz qalacağından və itkilərin sayının kəskin şəkildə arta biləcəyindən ehtiyat edərək, Kursk vilayətindəki əməliyyata etiraz edib.
Bildirilir ki, Zalujnının Rusiya sərhədini yardıqdan sonra “ikinci addım”la bağlı sualı əsas olaraq qalır, çünkihəm Qərb, həm də Ukraynalı skeptiklər Kiyev qüvvələrinin içəri girə biləcəyindən və ruhdansalıcı geri çəkilməkdən əziyyət çəkəcəyindən qorxurlar.
Əli Babayev