AZ

Zalujnı Ukraynanın Kursk vilayətində əməliyyatına qarşı çıxıb - "Politico"

Ukraynanın bəzi yüksək səviyyəli ordu komandirləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyata etiraz ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" anonimlik şərti ilə danışan iki yüksək rütbəli Ukrayna hərbçisinə istinadən yazır.

Qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə ilin əvvəlində Rusiya Federasiyasına hücum məsələsini qaldırıb və bunda israr edib.

Buna qarşı çıxanlar arasında nəşr Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnının da adını çəkir. Bildirilir ki, onun Kursk əməliyyatına etirazı Rusiya sərhədini yardıqdan sonra "ikinci addımın” atılmaması olub. Rəsmilərdən birinin sözlərinə görə, Zalujnı bu məsələ ilə bağlı Zelenskidən dəqiq cavab almayıb və əməliyyatı qumar oyunu hesab edib.

Nəşr yazır ki, keçmiş komandirdən başqa, iyulda işdən çıxarılan 80-ci Hava Desant-Hücum Briqadasının komandiri Emil İşkulov da Kursk əməliyyatının əleyhinə çıxış edib. Mənbələr bildiriblər ki, "İşkulov öz briqadasının Rusiya torpaqlarında həddən artıq müdafiəsiz qalacağından və itkilərin sayının kəskin şəkildə arta biləcəyindən ehtiyat edərək, Kursk vilayətindəki əməliyyata etiraz edib”.

Bildirilir ki, Zalujnının Rusiya sərhədini yardıqdan sonra "ikinci addım”la bağlı sualı əsas olaraq qalır, çünki "həm Qərb, həm də Ukraynalı skeptiklər Kiyev qüvvələrinin içəri girə biləcəyindən və ruhdan salan geri çəkilməkdən əziyyət çəkəcəyindən qorxurlar”.

Xatırladaq ki, "Financial Times” Ukraynanın Kursk istiqamətində daha çox ərazi ələ keçirməyi planlaşdırmadığını yazıb. Nəşrin müdafiə departamentindən həmsöhbətinin sözlərinə görə, Ukrayna qüvvələri başqa tapşırıqların yerinə yetirilməsinə cəmlənib.

Əvvəllər bildirilirdi ki, sentyabrın 12-də ukraynalı istehkamçılar Ukraynanın Kursk vilayətində irəliləməsindən təxminən 30 km qərbdə, Novı Put kəndi yaxınlığındakı sərhəddə Rusiya müdafiəsini yarıblar.

Alpər

Seçilən
7
2
qaynarinfo.az

5Mənbələr