Ölkə əhalisinin yarıdan çoxu Bakı, Abşeron və Sumqayıtda yaşayır? – Statistika
Ötən il Azərbaycanda əhali tərəfindən 6 milyard 625,8 milyon kVt/saat elektrik enerjisi istehlak edilib.Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak olunan elektrik enerjisinin 43,4%-i və ya 2 milyard 874,2 milyon kVt/saatı Bakı sakinlərinin payına düşüb.Bakıdan sonra elektrik enerjisi ən çox aşağıdakı şəhər və rayonlarda istehlak olunub:Abşeron rayonu – 452,7 milyon kVt/saat;Sumqayıt şəhəri – 242,8 milyon kVt/saat;Gəncə şəhəri – 186 milyon kVt/saat;Şəmkir rayonu – 110,4 milyon kVt/saat;Bərdə rayonu – 108,6 milyon kVt/saat;Ağcabədi rayonu – 105,9 milyon kVt/saat;Lənkəran rayonu – 104 milyon kVt/saat;Sabirabad rayonu – 103,1 milyon kVt/saat;Cəlilabad rayonu – 102,4 milyon kVt/saat;Masallı rayonu – 102 milyon kVt/saat;Açıqlanan məlumatlardan da göründüyü kimi, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin yarıdan çoxu – 54,4%-i və ya 3 milyard 569,7 milyon kVt/saatı Bakı, Abşeron və Sumqayıtın payına düşüb.Onu da qeyd edək ki, ötən il işğaldan azad olunan rayonlarda məskunlaşan əhali tərəfindən istehlak olunan elektrik enerjisi aşağıdakı kimi olub:Şuşa rayonunda – 1,1 milyon kVt/saat;Xankəndi şəhərində – 0,9 milyon kVt/saat;Kəlbəcər rayonunda – 0,9 milyon kVt/saat;Zəngilan rayonunda – 0,6 milyon kVt/saat;Qubadlı rayonunda – 0,4 milyon kVt/saat;Xocavənd rayonunda – 0,4 milyon kVt/saat;Laçın rayonunda – 0,1 milyon kVt/saat;Cəbrayıl rayonunda – 0,1 milyon kVt/saat.
Xəbərin oxunma sayı :
181
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta