AZ

Ölkə əhalisinin yarıdan çoxu Bakı, Abşeron və Sumqayıtda yaşayır? - Statistika

Ötən il Azərbaycanda əhali tərəfindən 6 milyard 625,8 milyon kVt/saat elektrik enerjisi istehlak edilib.

Açqılanan rəsmi məlumatlara əsasən, istehlak olunan elektrik enerjisinin 43,4%-i və ya 2 milyard  874,2 milyon kVt/saatı Bakı sakinlərinin payına düşüb.

Bakıdan sonra elektrik enerjisi ən çox aşağıdakı şəhər və rayonlarda istehlak olunub:

Abşeron rayonu – 452,7 milyon kVt/saat;
Sumqayıt şəhəri – 242,8 milyon kVt/saat;
Gəncə şəhəri – 186 milyon kVt/saat;
Şəmkir rayonu – 110,4 milyon kVt/saat;
Bərdə rayonu – 108,6 milyon kVt/saat;
Ağcabədi rayonu – 105,9 milyon kVt/saat;
Lənkəran rayonu – 104 milyon kVt/saat;
Sabirabad rayonu – 103,1 milyon kVt/saat;
Cəlilabad rayonu – 102,4 milyon kVt/saat;
Masallı rayonu – 102 milyon kVt/saat;

Açıqlanan məlumatlardan da göründüyü kimi, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin yarıdan çoxu – 54,4%-i və ya 3 milyard 569,7 milyon kVt/saatı Bakı, Abşeron və Sumqayıtın payına düşüb.

Onu da qeyd edək ki, ötən il işğaldan azad olunan rayonlarda məskunlaşan əhali tərəfindən istehlak olunan elektrik enerjisi aşağıdakı kimi olub:

Şuşa rayonunda – 1,1 milyon kVt/saat;
Xankəndi şəhərində – 0,9 milyon kVt/saat;
Kəlbəcər rayonunda – 0,9 milyon kVt/saat;
Zəngilan rayonunda – 0,6 milyon kVt/saat;
Qubadlı rayonunda – 0,4 milyon kVt/saat;
Xocavənd rayonunda – 0,4 milyon kVt/saat;
Laçın rayonunda – 0,1 milyon kVt/saat;
Cəbrayıl rayonunda – 0,1 milyon kVt/saat.

© Yeniavaz.com

Seçilən
38
7
valyuta.az

8Mənbələr