Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tütünçəkmə, alkoqolizm və narkomaniyayaqarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.
4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyatakeçiriləcək layihənin məqsədi tütünçəkmə, alkoqolizmvənarkotik vasitələrin orqanizmə tibbitəsirləri, tütün, alkoqol vənarkotik asılılığı və onlaraqarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir .
Layihə çərçivəsində növbəti tədbir sentyabrın 12-də Masallı şəhərində təşkil edilib.20 nəfərin iştirak etdiyi tədbirin təlimçilərihəkim narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisiNabat Qəniyeva idi.
Tədbirmaarifləndirmə , müzakirələrdənibarət olub.
Həkim-narkoloq tütünçəkmənin və alkoqolizmintibbifəsadları haqdaaşağıdakımövzularla bağlıməlumat verib;
- Tütünçəkmə və onun əsas mahiyyəti,
- Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, tütünçəkmədən imtina etməyin xeyri.
- Alkoqolizm haqda ümumi məlumat
- Alkol sərxoşluğu və törətdiyi fəsadlar
- Alkoqolozmin törətdiyifizioloji, orqanik və sosial fəsadlar.
- Alkoqolizminproqredientliyi, inkişafı və mərhələləri.
- Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.
- Alkoqolizminmüalicəsi (Farmakoloji və psixoterapiya).
Narkomaniya ilə bağlı isə həkim-narkoloq aşağıdakı mövzularda çıxış edib;
- Əsas anlayışlarin izahi
- Narkomaniyanın tarixi
- İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
- Narkotiklərdən asıllıqınyaranma səbəbləri
- Narkomaniyanin törətdiyi fəsadlar
- Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcəkxəstəliklər
- Narkomnaiya ilə necə mübarizə aparılmalı
- Narkomaniyadan əziyyət çəkənlərin xilası.
- Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzən reseptsiz satılması.
Təlimçi N. Qəniyevaslayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycanRespublikasının Qanunu”nu təqdimat edib.
Sonra müzakirələr üçünşərait yaradılıb, suallaracavab verilib.