Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.
Təşkilatdan verilən məlumata görə, 4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyatakeçirilməsi nəzərdə tutulmuş layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir.
Layihə çərçivəsində növbəti tədbir sentyabrın22-də Bakı şəhərində keçirilib. Tədbirin təlimçilərihəkim-narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisi Nabat Qəniyeva olub.
Tədbir maarifləndirmə, müzakirələrdəntəşkil olunub. Həkim –narkoloq tütünçəkmənin və alkoqolizmintibbifəsadları haqdaaşağıdakımövzularla bağlıməlumat verib;
- Tütünçəkmə və onun əsas mahiyyəti,
- Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri,
- Alkoqolizm haqda ümumi məlumat,
- Alkol sərxoşluğu və törətdiyi fəsadlar,
- Alkoqolozmin törətdiyifizioloji, orqanik və sosial fəsadlar,
- Alkoqolizminproqredientliyi, inkişafı və mərhələləri,
- Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri,
- Alkoqolizminmüalicəsi (Farmakoloji və psixoterapiya).
Narkomaniya ilə isə bağlı həkim aşağıdakı mövzularda çıxış edib;
- Əsas anlayışlarin izahi,
- Narkomaniyanın tarixi,
- İnsanlar narkomaniya adlanan tora necə düşürlər?,
- Narkotiklərdən asıllıqın yaranma səbəbləri,
- Narkomaniyanin törətdiyi fəsadlar,
- Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər,
- Narkomaniya ilə necə mübarizə aparılmalı,
- Narkomaniyadan əziyyət çəkənlərin xilası,
- Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzən reseptsiz satılması.
Təlimçi N.Qəniyeva slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında AzərbaycanRespublikasının Qanunu”nu təqdimat edib.
Sonra müzakirələr üçün şərait yaradılıb, suallara cavab verilib. İştirakçılar 4 kiçik qrupa bölünüb. Hər qrupdan 1 nəfər qrup işlərini təqdimat edib.
Tədbir bu mövzular ətrafında aparılan fikir mübadiləsi ilə davam edib.