AZ

“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb

“Nizami”

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində (“Nizami” m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, qeyd olunan kəsişmədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən, əvvəlcə yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb.

Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə svetofor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada svetofor bölmələri quraşdırılıb. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

Məlumat üçün: Qeyd edilən ünvdan işıqforlar 2 ilə yaxın müddət idi ki, işləmirdi. İşıqforlar NİİM tərəfindən quraşdırılmamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
11
xalqcebhesi.az

10Mənbələr