AZ

“Nizami” metrosunun qarşısında piyadalar üçün YENİLİK - FOTO

Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində ("Nizami" m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

Day.Az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, ərazidə işıqfor quraşdırılıb və yeni piyada keçidi çəkilib.

Belə ki, NİİM tərəfindən yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə svetofor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada svetofor bölmələri quraşdırılıb. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

  • “Nizami”
  • “Nizami”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
11
day.az

10Mənbələr