AZ

VII turun mərkəzi qarşılaşmasının biletləri satışda

Misli Premyer Liqasının VII turunda keçiriləcək "Qarabağ" – "Neftçi" qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
 
Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması sentyabrın 20-də saat 20:00-da "Azersun Arena"da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
24
sport24.az

10Mənbələr