AZ

Derbinin biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" qarşılaşmasının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
Sentyabrın 20-də keçiriləcək Azərbaycan derbisi saat 20:00-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
24
sport24.az

10Mənbələr