AZ

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bakı.Trend:

Bu gün saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşəkçaxıb, arabir leysan yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm,Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən,Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala,Qubada 2 mm-dək olub.

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız,Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26,Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
az.trend.az

10Mənbələr