AZ

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.
Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
oxu.az

10Mənbələr