AZ

Peruda 3 bölgədə fövqəladə vəziyyət elan edildi

Peruda meşə yanğınlarından zərər çəkmiş 3 bölgədə fövqəladə vəziyyət elan edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Peru prezidenti Dina Boluarte açıqlama verib.
 
Prezident Boluarte açıqlamasında iyul ayından bəri San Martin, Ucayali və Amazonas bölgələrində meşə yanğınlarının davam etdiyini xatırladıb. Boluarte bildirib ki, bu bölgələrdə fövqəladə vəziyyət elan edilib. İndiyədək yanğınlarda 16 nəfər ölüb.
 
San Martin, Ucayali və Amazonasda 230-dan çox meşə yanğınının baş verdiyini qeyd edən Boluarte, bunların təxminən 80 faizinin nəzarət altında olduğunu bildirib.
 
Yanğınların böyük əksəriyyətinin insan fəaliyyətindən qaynaqlandığına diqqət çəkən Boluarte fermerlərdən küləş yandırmağı dayandırmalarını istəyib.
 
Oksana

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
azxeber.com

4Mənbələr