AZ

Peruda meşə yanğını fəlakəti: 3 bölgədə fövqəladə vəziyyət elan edilib

Peruda meşə yanğını fəlakəti: 3 bölgədə fövqəladə vəziyyət elan edilib

Peru prezidenti Dina Boluarte meşə yanğınlarından zərər çəkmiş 3 bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. İndiyədək yanğınlarda 16 nəfər ölüb.Prezident Boluarte açıqlamasında iyul ayından bəri San Martin, Ucayali və Amazonas bölgələrində meşə yanğınlarının davam etdiyini xatırladıb.Boluarte bildirib ki, bu bölgələrdə fövqəladə vəziyyət elan edilib.San Martin, Ucayali və Amazonasda 230-dan çox meşə yanğını baş verdiyini qeyd edən Boluarte, bunların təxminən 80 faizinin nəzarət altında olduğunu bildirib.Yanğınların böyük əksəriyyətinin insan fəaliyyətindən qaynaqlandığına diqqət çəkən Boluarte fermerlərdən küləş yandırmağı dayandırmalarını istəyib.Peru Mülki Müdafiə rəsmilərinin bildirdiyinə görə, iyul ayından bəri yanğınlar davam edir.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
afn.az

4Mənbələr