AZ

Çempionlar Liqası: “Arsenal” “Atalanta”ya, “Barselona” “Monako”ya qarşı

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində bu gün ilk turun matçlarına yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma oynanılacaq.

Günün maraqla gözlənilən görüşləri İtaliya və Fransada baş tutacaq. “Atalanta” İngiltərənin “Arsenal” komandasını, “Monako” isə İspaniya “Barselona”sını qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

19 sentyabr

20:45. “Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya)

20:45. “Feyenoord” (Niderland) – “Bayer” (Leverkuzen, Almaniya)

23:00. “Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə)

23:00. “Atletik” (İspaniya) – “Leyptsiq” (Almaniya)

23:00. “Monako” (Fransa) – “Barselona” (İspaniya)

23:00. “Brest” (Fransa) – “Şturm” (Avstriya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur oktyabrın 1-də start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
msport.az

9Mənbələr