AZ

Çempionlar Liqasında Liqa mərhələsinin ilk turuna yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 1-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə də 6 qarşılaşma baş tutacaq.

Maraqlı görüşlərdən biri İtaliyada keçiriləcək. Avropa Liqasının sonuncu qalibi “Atalanta” doğma meydanda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.

İspaniyanın “Barselona” komandası isə Fransada “Monako”nun qonağı olacaq. İspaniyanın digər komandası “Atletik” doğma meydanda Almaniya təmsilçisi “Leypsiq”lə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunları oktyabrın 1-də başlayacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
19 sentyabr

20:45. “Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya)
20:45. “Feyenoord” (Niderland) – “Bayer” (Almaniya)
23:00. “Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə)
23:00. “Atletik” (İspaniya) – “Leypsiq” (Almaniya)
23:00. “Monako” (Fransa) – “Barselona” (İspaniya)
23:00. “Brest” (Fransa) – “Şturm Qraz” (Avstriya)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
7
arena.az

9Mənbələr