AZ

KREML ÜÇÜN “TOROPETS SİQNALI”... - Ukraynanı taqətdən salmaq istəyən Rusiyanı daha hansı tələlər gözləyir?

Tver vilayətinin Toropets şəhəri yaxınlığında yerləşən böyük silah anbarına edilən dron hücumları yaxın perspektivdə Rusiyanın nəinki hərbi, eyni zamanda ictimai-siyasi sistemində dərin çatlar yaranacağının işarəsdir. Ukrayna dronlarının bu anbara hücumu Rusiyanın hətta strateji mövqeyinin sarsıdılması kimi dəyərləndirilə bilər. Niyə?İlkin olaraq diqqətimizi dron zərbələrinin törətdiyi fəsadlara yönəldək. Orada nə baş verib? Həmin anbarda “S-300” Zenit Raket Komplekslərinin raketləri, “İskəndər” raketləri, ”KAB” tənzimləyici aviasiya bombları, 152 mm-lik artilleriya mərmiləri də daxil olmaqla 30 min ton mərmi və raket saxlanılırmış.Məlum olur ki, 2015-ci ildə istifadəyə verilmiş bu silah-sursat anbarı “Raketlərin, mərmilərin və partlayıcı maddələrin saxlanılmasının təkmilləşdirilməsi” proqramı çərçivəsində 3,6 milyard rubla başa gəlib. Taleyin oyunu elə gətirib ki, Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” üçün başladılımış müharibə artıq yavaş-yavaş Rusiyanı öz ağuşuna alır.Sözsüz ki, ”Rusiyanı nə gözləyir?” sualına cavabı ölkənin məsuliyyətini öz üzərinə götürmüş Vladimir Putin verməldir. Kreml rəhbərinin son müsahibəsində onun xeyli narahatlıq keçirdiyi aydın görünürdü. Ancaq Putinin danışığından onun öz strateji planının yanlışlığını hələ ki, tam mənası ilə anlamadığı və ya nəyə görəsə inad etdiyi, anlamaq istəmədiyi qənaəti formalaşır.Qərb Ukraynaya lazımi kömək göstrəmədiyi bir vəziyyətdə Rusiya silahlı güclərinin böyük potensialı məhv edilirsə, onda Qərbin daha geniş miqyaslı yardımları olacağı təqdirdə nələrin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Şübhəsiz ki, Toropets silah anbarının məhv edilməsi ilə Rusiya ordusu tamamilə mərmisiz, raketsiz qalmayacaq. Nəzərə alaq ki, Rusiyanın geniş ərazsində çoxlu sayda hərbi obyektlər var və bunların bir hissəsi Uraldan şərqdə yerləşdirilib. Hazırda Rusiya hərb sənayesi uzunmüddətli müharibə üçün kifayət sayda ballistik “İskəndər M”, qanadlı “Kalibr”, ”X-101”, “Oniks” və o cümlədən “Kinjal” hipersəs (ruslar bunu hipersəs adlandırır) kimi raketlər istehsal edə bilir.Amma öz növbəsində Ukrayna mütəxəssisləri də boş dayanmayıblar. Onlar zərbə dronlarını durmadan təkmilləşdirir və istehsal sayını da müvafiq surətdə artırırlar. Hər hansı obyektə hücum zamanı çoxlu sayda dronun göndərilməsi onların zərərsizləşdirilməsini çətinləşdirir.Tver vilyətindəki məlum silah arsenalı Ukrayna sərhədindən 500 kilometr uzaqlıqdadır. Ukarynanın zərbə dronları bu məsafədən də uzağa uçmaq qabiliyyətinə malikdirlər. Əgər hədəf məsafəsini təxminən 600 kilometr radiusunda götürsək, onda Ukrayna Rusiyanın Avropa hissəsindəki bütün strateji hərbi və mülki obyektlərini sıradan çıxara bilər. Düzdür, bu, nəzəri cəhətdən belə görünür. Ancaq son bir ilə diqqət yetirsək, anlaşılar ki, bu xüsusdakı nəzəriyyə özünü tam mənası ilə praktikada doğruldur.Ukraynanın bu müharibədə yalnlz Rusiyanın Avropa hissəsinin infrastruktur sistemini tam iflic etdiyi halda qalib gəlmək şansı var. Başqa cür alınmayacaq. Ukraynalıların birbaşa təmas və mövqe döyüşlərinə girişməsi yalnız cüzi taktiki üstünlük qazandıra bilər. Bu isə Rusiyanın taqətdən salma strateji planına tam uyğun gələcək və Moskvanın işinə yarayacaq. Çünki əsgər sayı baxımından qüvvələr nisbəti həmişə rusların xeyrinə olacaq.Ukrayna komandanlığı müharibənin gedişində bir neçə dəfə bu cür yanlışlıqlara yol verib. Yəqin, elə fikirləşiblər ki, 2022-ci ildəki Xarkov əməliyyatını təkrarlaya biləcəklər. Lakin artıq bu, mümkün deyil. Hazırda hətta qəfil hücum təşkil edilən Kursk vilayətində ələ keçirilən rayonlarda da irəliləmək çətinləşib. Rusiya ordusu nə qədər yöndəmsiz olsa da, sovet ordusunun taktikasını həyata keçirsə də irəliləyə bilir. Yəni, Rusiya ordusu sovet ordusu kimi yalnız əsgər sayı üstünlüyündən yararlanmağa çalışır və çoxsaylı canlı qüvvə itkisinə əhəmiyyət vermir.ABŞ-nin “The Wall Street Journal” qəzeti bu yaxınlarda dərc etdiyi məqaləsində hər iki tərəfin böyük itiklərindən yazıb. Rəqəmlər mübahisəli ola bilər. Lakin hər halda, Ukrayna az itki verməyib və bu cür davam edərsə, Ukrayna üçün imkanların əriməsi təhlükəsi yaranacaq. Ona görə də Kiyev üçün ən yaxşı yol asimmetrik müharibə aparmaq - məsafədən döyüşmək, uzaqdan atəş vasitəsilə düşmənin yolunu kəsməkdir. Əgər müharibə otuz il bundan əvvəl baş versəydi, Ukraynanın heç bir şansı olmayacaqdı. İndi isə texnoloji inkişafın üstünlüyündən ağıllı surətdə bəhrələnən tərəf qələbə qazanacaq...Ukrayna Rusiyanın Avropa hissəsindəki bütün iri şəhərlərin infrastrukturunu vurub sıradan çıxarmaqla onları işıqsız, susuz, istiliksiz, yanacaqsız və rabitəsiz qoya bilər. Hələ üstəlik dəmir yolları da hədəfə götürülə bilər.Ukrayna artıq bu istiqamətdə nailiyyətlər qazanıb. Lakin vurulan zərbələrin dağıdıcılıq gücü və miqyası hələ ki, xeyli aşağıdır. Rusiyanın arxa cəbhəsinin qaranlığa qərq edilməsi və iflic halına salınması müharibənin gedişini radikal şəkildə dəyişə bilər.Əksər mütəxəssislər Ukrayna ordusunun Rusiya ordusu kimi döyüş aparmaq taktikasından əl çəkməli olduğunu bildirir. Ukraynanın döyüş komandirlərindən biri deyib ki, biz hazırda böyük sovet ordusu ilə kiçik sovet ordusunun toqquşmasına şahidlik edirik və Ukrayna bu cür döyüş taktikasından imtina etməlidir. Digər yandan, unutmayaq ki, rus komandirlərinin “top yemi” taktikası nə qədər işləsə də, canlı qüvvə ehtiyatı məhdudiyyətsiz deyil.Mümkündür ki, Rusiya Prezidenti də elə komandirləri kimi düşünür və bu səbəbdən silahlı qüvvələrin heyətinin artırılması barədə fərman imzalayıb. Məqsəd Rusiya silahlı qüvvələrinin şəxsi heyətinin sayını 2,4 milyon nəfərədək artırmaqdır. Bu, Ukraynada müharibə başlayandan indiyədək Putin tərəfindən Rusiya ordusunun rəsmən üçüncü dəfə böyüdülməsidir. Rusiya Prezidentinin bu fərmanı 01 dekabr tarixindən qüvvəyə minəcək və orduya əlavə 180 min nəfər əsgər cəlb olunacaq. Putin bunu “NATO-nun gərginliyi artırmasına cavab” kimi dəyərləndirib.Rusiyada birinci şəxs də daxil olmaqla, heç kim müharibənin bu qədər uzanacağını ağlına gətirmirdi. Odur ki, müharibənin gedişində baş verə biləcək gözlənilməz dəyişikliklər heç kimi təəccübləndirməməlidir. Tarixin təkəri geriyə də fırlana, Rusiya imperiyası necə genişlənmişdisə, eləcədə daralmağa doğru gedə bilər. Özü də Rusiyanın ərazi daralması qərbdən yox, şərqdən başlaya bilər...Bu yaxınlarda Tayvan Prezidenti Lay Çinq-de yerli televiziya kanlına verdiyi müsahibəsində Çinin bu ada üzərində nəzarəti öz əlinə keçirmək istəyini şərh edərkən deyib: ”Əgər bu, ərazi bütövlüyü ilə bağlıdırsa, onda nəyə görə Rusiyanın Ayqun müqaviləsi ilə işğal etdiyi torpaqları geri almırlar? Bu ərazilər Çinə məxsusdur. Rusiya indi çox zəifdir”.Məlumat üçün deyək ki, Rusiya imperiyası 1858-ci ildə tarixi Çin torpaqlarını ilhaq edib. Həmin il bağlanmış “Ayqun müqaviləsi”nə və bundan iki il sonrakı “Pekin müqaviləsi”nə əsasən Rusiya imperiyasına böyük ərazi verilib. Çin bu əraziyə iddialıdır. Bu, rəsmi surətdə elan edilməsə də, son illərdə Çinin ictimai-siyasi dairələrində geniş müzakirə mövzusuna çevrilib. Tayvan Prezidentinin bu bəyanatı özünəməxsus şəkildə “Overton pəncərəsi” effektinin ilkin mərhələlərindən hesab edilə bilər. Doğrudan da, əgər Kreml deyirsə ki, Ukrayna onun tarixi ərazisidir, onda heç şübhəsiz ki, bu məntiqlə Pekinin də Uzaq Şərqdəki tarixi torpaqlarını geri istəmək hüququ var.Beləliklə, Vladimir Putinin NATO ilə qarşıdurma həvəsi Çinin işinə yarayır. Onsuz da Pekin sakitcə və səbrlə hadisələrin gedişini izləyir. Onun əlverişli fürsət düşən kimi hərəkətə keçməyəcəyinə kimsə təminat verə bilməz...Vaqif Nəsibov“AzPolitika.info”

Seçilən
42
1
anaxeber.info

2Mənbələr