“Emmanuel Makron Ermənistana simpatiyasını heç zaman gizlətməyib. Təbii ki, o, Bakı ilə münasibətlərin kəsilməsinə gətirib çıxarmamaq üçün Azərbaycana qeyri-qanuni yollarla daxil olan Senatın və digər namizədlərin ifrata səviyyəyə gəlməsindən qaçır, lakin bütün çıxışlarında İrəvanla həmrəy olduğunu nümayiş etdirir.
Məsələn, Paşinyanın Fransaya son səfəri zamanı Makron erməni dilində Azərbaycanı öz qoşunlarını “Ermənistan Respublikasının suveren ərazisindən” çıxarmağa çağırıb. Baxmayaraq ki, Azərbaycan ordusu heç vaxt Ermənistan ərazisinə daxil olmayıb. Üstəlik, o, Rusiya və Türkiyəni “antierməni sui-qəsdi”ndə günahlandırır və vaxtaşırı Bakıdan “Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verməyi” tələb edir”.
Bizim.Media xəbər verir ki,bu fikirləri Rusiyalı analitik Konstantin Proxorov yerli mətbuata açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Makron sentyabrın 21-də İrəvana gələcəkmi? - DETALLAR
O əlavə edib ki, Makron hökumətinin dəstəyi Fransa siyasəti üçün müstəsna bir hal deyil:
“Yeganə fərq onun dərəcəsindədir. Makron Bakıya qarşı sanksiyalar tətbiq etmək riskinə getmir. Lakin onun opponentləri Qarabağ separatçılarının müstəqilliyinin tanınmasına çağırış etməkdən belə çəkinmirlər. Makronun ermənipərəst mövqeyinin səbəbi daha çox Marsel, Paris, Lion və Valensdə böyük erməni icmasının olması ilə bağlıdır. Müxtəlif hesablamalara görə, Fransada 600 minə yaxın erməni yaşayır. Bundan başqa, fransız katolikləri istər Yaxın Şərqdə, istərsə də Qafqazda xristianların hüquqlarının müdafiəsi məsələsinə həssas yanaşırlar”.
Surxay Atakişiyev, Bizim.Media