“On üçüncü” (“Thirteenth”) ləqəbli məşhur rusiyalı Z-bloqer saxlanılıb.
Bizim.Media xəbər verir ki, o, ailəsinin yaşadığı Rusiyanın Stavropol vilayətində polislər tərəfindən saxlanılıb.
Əsl adı Yeqor Quzenko olan bloqer həbs olunan zaman müqavimət göstərərək polis əməkdaşlarını təhqir edib, onları hədələyib.
Quzenko 2022-ci ildə ev dustaqlığında olmasına baxmayaraq, Ukraynaya qaçdığı vaxtdan federal axtarışdadır. Onun həbsinə səbəb Sankt-Peterburqda küçə davasının təşkili, daha sonra isə polislə əlbəyaxa dava olub.
Qeyd edək ki, “On üçüncü” 2014-2015-ci illərdə Donbassda döyüşüb. Bu il onun ölümü ilə bağlı xəbərlər yayılsa da, təsdiqini tapmayıb.
Quzenko Yevgeni Priqojinin üsyanını fəal şəkildə dəstəkləyib, Rusiya ordusunun komandanlığını, bəzən isə Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı nüvə silahından istifadə etmədiyinə görə tənqid edirdi, orduda və bütövlükdə Rusiyada vəziyyətdən narazılıqla bağlı açıq şəkildə etirazlar nümayiş etdirirdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta