Azər Türk Bank
Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis
Son tarix 24 okt 2024 - Müraciət et
Təsvir:
- Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
- Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
- Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
- Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
- Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
- Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
Tələblər:
- Ali təhsil (bakalavr);
- Bank sahəsində korporativ / iri biznes kreditlərinin monitorinqi sahəsi üzrə minimum 2 (iki) illik iş təcrübəsi;
- ACCA sertifikatlarının (F3) olması arzuolunandır;
- Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır);
- MS ofis proqramlarında işləmək bacarığı;
- Korporativ / iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
- Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
- Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;