Yunan mətbuatında “S-400”lərin İncirlik bazasına təhvil verilməsi ilə bağlı xəbərlərin ardınca təqaüddə olan general Maykl Rubin “F-35” təyyarələri ilə bağlı Türkiyəyə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Türkiyənin İncirlik bazasına “S-400” raketləri yerləşdirmək müqabilində “F-35” proqramına geri dönəcəyi Yunanıstan mediasında gündəm olub.
Bu isə “Türkiyə üçün tələ qurulurmu?” sualını doğurub. “American Enterprise” İnstitutunun üzvü, keçmiş Pentaqon rəsmisi Maykl Rubinin bu yöndə açıqlamaları diqqət çəkib. Qeyd edək ki, Rubin 15 iyul çevriliş cəhdini və FETÖ liderini dəstəkləyən şəxs kimi tanınır.
Mövzu ilə bağlı danışan türkiyəli general Beyazıt Karataş bildirib ki, “S-400” və “F-35” mövzularını bir araya gətirib gündəmə gətirənlərin planı var:
“Maykl Rubin daha əvvəl də oxşar ssenarilər yazıb. Rubin varsa, FETÖ var deməkdir. Onlar Türkiyəyə təzyiq etmək istəyənlərdir. Amerikapərəst qruplar media vasitəsilə əməliyyatlarını davam etdirir. Türkiyənin “S-400”ləri İncirlikə çatdırması və ya satması söz mövzusu belə deyil. “F-35” iqtisadi cəhətdən çox bahalı, texniki səmərəliliyi aşağı olan bir təyyarədir. Bir sözlə, “F-35” uçan kompüterdir. “F-35”-lərin kiber hücuma məruz qalması ilə bağlı çoxlu şikayətlər var. ABŞ-ın istədiyi yerdə onlara müdaxilə edə biləcəyi də aydındır”.