AZ

Roma Papası beynəlxalq ictimaiyyətə çağırış edib

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk beynəlxalq ictimaiyyəti Livanda artan gərginliyi dayandırmaq üçün əlindən gələni etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Vatikanın məşhur Müqəddəs Pyotr meydanında çərşənbə günləri keçirilən ənənəvi qəbul iclasında çıxış edən Papa İsrailin hava hücumları təşkil etdiyi Livanla bağlı mövzuya toxunub.

Papa Fransisk bildirib: 

"Son günlər intensiv bombardmanlar altında çoxlu insan tələfatı və dağıntıların yaşandığı Livandan gələn xəbər məni çox kədərləndirdi. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu dəhşətli eskalasiyanı dayandırmaq üçün əlindən gələni edəcək. Bu, qəbuledilməzdir",- deyə o, qeyd edib.

Əli Hüseynov

Seçilən
27
21
bakivaxti.az

10Mənbələr