AZ

Roma Papası Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib

Katoliklərin ruhani lideri, Roma Papası Fransisk beynəlxalq ictimaiyyətə Yaxın Şərqdəki olaylara son qoyulması ilə bağlı çağırış edib. Roma Papası hər bazar günü Vatikandakı Müqəddəs Petrus meydanında edilən dua zamanı Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib.

O, 2023-cü il oktyabrın 7-də Qəzzaya hücumların başladığını xatırladaraq, əsirlərin azad olunmasını arzuladığını bildirib. Papa Fransisk vurğulayıb: "Yaxın Şərq regionu o gündən etibarən ciddi ağrı-acılara məruz qaldı. Fələstinlilər Qəzzada və digər bölgələrdə ciddi əziyyət çəkirlər. Bu insanlar, əsasən humanitar yardıma ehtiyacı olan günahsız mülki şəxslərdir."

O, Livan daxil olmaqla bütün cəbhələrdə atəşkəsin təmin edilməsi çağırışı edib və Livanlılar üçün, xüsusən də cənubdakı kəndlərdən köçmək məcburiyyətində qalanlar üçün dua etdiyini bildirib. Roma Papası, sabahın dünya sülhü üçün dua və oruc günü olacağını da vurğulayıb.



Seçilən
35
21
trt.net.tr

10Mənbələr