AZ

Kraldan həyəcan təbili: "Dünya xaos içindədir, təhlükədəyik"

BMT-nin 79-cu Baş Assambleyasında çıxış edən İordaniya kralı II Abdullah indiki kimi daha təhlükəli bir dövrü xatırlaya bilmədiyini bildirib.

Publika.az xəbər verir ki, II Abdullah dünyanın xaos içində olduğunu, dövrün pisləşdiyini diqqətə çatdırıb:

“Oktyabrın 7-dən bəri Qəzzada həyata keçirilən görünməmiş qəddarlığa heç bir şəkildə haqq qazandırmaq olmaz. Fələstinlilər 57 ildən artıqdır ki, işğala, ədalətsizliyə və zülmə dözürlər. Bu illər ərzində İsrail hökuməti qırmızı xətləri keçdi. Ərəb dünyası sülh müqabilində münasibətlərini normallaşdırmağa hazır olan İsrailə əl uzatsa da İsrail münaqişəni seçdi”.

Seçilən
25
14
publika.az

10Mənbələr