AZ

Ərdoğanın: “70 il əvvəl Hitler dayandırıldığı kimi Netanyahu da bu gün dayandırılmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı dünya mətbuatında geniş yer alıb.

Xəbər verilir ki, Ərdoğanın İsrailə ünvanladığı sözlər ABŞ və Avropa mediasının manşetlərində yer alıb. Netanyahu və Hitler arasındakı bənzətmə ön plana çıxarılıb. Ərdoğanın Kiprlə bağlı açıqlamaları Yunanıstan mətbuatının manşetlərində öz əksini tapıb. “The New York Times” qəzeti ilk səhifəsində Ərdoğanın sözlərinə yer verib. Qəzet Ərdoğanın 20 dəqiqə ərzində Təl-Əviv rəhbərliyini sərt şəkildə tənqid etdiyini vurğulayıb. Röyters xəbər agentliyi Ərdoğanın “Qəzzada BMT və Qərb dəyərləri ölüb” sitatını başlığa çxıarıb. “Politico” qəzeti Ərdoğanın Netanyahunu tənqid etdiyinə diqqət çəkib. Qəzet, Ərdoğanın “70 il əvvəl Hitler dayandırıldığı kimi Netanyahu da bu gün dayandırılmalıdır” deməsini gündəmə gətirib.

“Die Welt”, Ərdoğanın BMT-yə üzv ölkələrə müraciət edərək “İsrail soyqırım edir” dediyini yazıb. Qəzet, həmçinin Ərdoğanın “Netanyahu Hitler kimi dayandırılmalıdır” ifadəsini sitat gətirib. Xorvatiya dövlət televiziyası HRT Ərdoğanın “İsraili dayandırın” çağırışını izləyiciləri ilə paylaşıb. Ərdoğanın bütün ölkələri Şimali Kipr Türk Cümhuriyyətini tanımağa dəvət etdiyi qeyd edilib. Yunanıstan mediası Türkiyə prezidentinin çıxışını “Ərdoğanın böyük meydan oxuması” başlığı ilə dərc edib.


Seçilən
31
1
azia.az

10Mənbələr