AZ

Mourinyo qələbədən sonra: "Mən rəqs müəllimi deyiləm" 

UEFA Avropa Liqasının ilk turunda Belçika təmsilçisi "Union Saint-Gilloise"ni 2:1 hesabı ilə məğlub edən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo maarqlı açıqlamalarla diqqəti yenə özünə çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Joze Mourinyo qələbəyə ehtiyaclarınınolduğunu deyib. O, əlavə dib ki, hər oyun onları bir qədər də formalaşdırır.:

Qonaq komandanın onları daim səhv etməyə məcbur etdiyini bildirən portuqaliyalı çalışdırıcıın sözlərinə görə, ilk hissədə təzyiq onlara oynamağa imkan verməyib: "Qısa ötürmələrlə oyunda irəliləmək istəsək də, onlar bizə bu imkanı tanımadı. Əl-nesyri hücumda çox çətinliklə üzləşdi, çünki rəqib müdafiəçi iki metr boyunda idi. Ancaq ilk qoldan sonra vəziyyət dəyişdi. İkinci yarıya çox yaxşı başladıq. İkinci qoliu da vurduq. Sobnra arxayınlaşdıq və hakimin son fiti ilə matçın bitdiyini düşünmədən qol buraxaraq, bir az çətinlik yaşadıq...".

Hər gün təkmilləşmək, formalaşmaq üçün çox çalışdıqlarını vurğulayan Mourinyo deyib ki, hər şey plan üzrə gedir: "Şükürlər olsun ki, indiyədək yalnız "Lill" və "Qalatasaray"a qarşı uduzduq. Sizin (jurnalistə sualına görə xitab edir -Mia.az) təsvir etdiyiniz kimi baxanda isə, guya daha çox matçları uduzmuşuq. Razıyam ki, hələ çox təkmilləşməliyik. Bunun üçün hər gün çalışırıq. Mourinyo effekti dediyiniz şey sentyabr ayında olmur. Biz bunu indi edə bilmərik. Çünki bu ay başımız üstə qaldırılacaq kubok yoxdur ki, siz mənim komanaya təsirimi, yəni "sehirli çubuğumu" görəsiniz. İndi bunu necə görə bilərsiniz? Mən harada oldumsa, kuboklar qazandım. Getdiyim hər klubda dediyiniz effekti yaratdım. Mən rəqs müəllimi deyiləm, baş məşqçiyəm. Futbolun duyğusal tərəfini çox əla bilirəm. Bəzi ölkələrdə azarkeş basqısı olanda futbolçular mədəni səviyəsinə uyğun buna tab gətirə bilir, bəziləri isə yox. Mən isə baş məşqçiyəm,  Mən bədən dili üzrə mütəxəssis də deyiləm, ancaq futbolun emosional, duğusal tərəfini görür, bilirəm...".

Fərid ASLAN

MİA.AZ

Seçilən
52
31
mia.az

10Mənbələr