AZ

Mourinyo notbukunu kameranın qarşısına qoydu, cəzalandırıldı – Foto


“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Superliqasının 7-ci turunun “Antalyaspor”la matçında (2:0) sarı vərəqə alıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, buna səbəb komandanın oyunçusu Edin Dzekonun qolunun ofsayt sayılmasından sonra Mourinyonun epizodun təkrarını göstərən noutbuku yayımı edən televiziya kanalına məxsus kameranın qarşısına qoyması olub.
Belə ki, Edin Dzeko “Fənərbağça”nın “Antalyaspor”la səfər matçında 77-ci dəqiqədə qol vursa da, bu qol ofsayd qərarı ilə əlaqədar ləğv edilib.
Mourinyo etiraz üsuluna görə, sarı vərəqə alıb.
Matçdan sonra açıqlama verən baş məşqşi hərəkətinə aydınlıq gətirib. Portuqaliyalı çalışdırıcı sol cinah müdafiəsi ilə müqayisədə Dzekonun ofsaydda olmadığını bildirib.
Qeyd edək ki, 61 yaşlı portuqaliyalı mütəxəssis Joze Mourinyo 2024-cü ilin iyulundan “Fənərbağça”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. “Fənərbağça” hazırda Türkiyə çempionatının turnir cədvəlində ikinci yerdədir.
Seçilən
68
31
yeniavaz.com

10Mənbələr