AZ

Məmmədli stansiyasında XAOS: Sərnişinlər əziyyət çəkir

Məmmədli stansiyasında yaranan sıxlıq Bakı-Pirşağı-Sumqayıt elektrik qatarının sərnişinlərinin haqlı narazılığına səbəb olub.

Oxu.Az-a ünvanlanan müraciətdə bildirilib ki, stansiyada cəmi iki ədəd turniketin olması səbəbindən sərnişinlər günün pik saatlarında uzun növbələrdə qalmağa məcbur olurlar.

"Xüsusilə də yağışlı və küləkli hava şəraitində vəziyyət daha da acınacaqlı hal alır. Stansiyada cəmi iki turniket olduğu üçün günün pik saatlarında oradan keçmək çox çətin olur" ", - deyə müraciətdə bildirilib.. vakansiya 2023

"Xüsusən də yağışlı və küləkli günlərdə insanlar çox əziyyət çəkir. Bu barədə dəfələrlə narazılığımızı bilidrsək də, tədbir görən yoxdur", - deyə oxucu yazıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, bu ilin sonuna kimi Məmmədli stansiyasında turniketlərin sayının artırılması planlaşdırılır.

Xatırladaq ki, ADY QSC-nin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı 2019-cu il noyabrın 19-da baş tutub.

 


Telegram kanalımız
Seçilən
44
15
yenisabah.az

10Mənbələr