Zəfər aparan yolun başlandığı tarix
27 sentyabr 2020-ci il. Hər şey bu tarixdən etibarən başladı. Bu tarix əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq fəlsəfəsi təntənəsi və gələcək nəsillərə miras qalacaq qəhrəmanlıq salnaməmizdəki misilsiz qədirbilənlik nümunəsidir. 27 sentyabr ruhumuzun, milli kimliyimizin otuz ilə yaxın müddətdə uğradığımız ədalətsizliklərə, üzləşdiyimiz haqsızlıqlara üsyan tarixidir. Ümummilli lider vaxtilə necə də gözəl demişdi: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik". Ulu öndərin laqiqli davamçısı Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən başlayaraq müxtəlif nüfuzlu toplantılardakı çıxışlarında beynəlxalq ictimaiyyətə, xaricdəki erməni havadarlarına şanlı tarixi anımızın yaşanacağının anonsunu vermiş, ərazi bütövlüyümüzün bərpasına yönələn bütün mümkün vasitələrdən yararlanacağımıza dair xəbərdarlıqlar etmişdi. 2019-cu ilin oktyabrın 3-də. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında olduqca qətiyyətli şəkildə bildirmişdi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Otuz il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməz ordu" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. İşğal altında olan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Ordumuz 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi böyük zəfərimizlə başa çatdı. Bəli, biz bu gün çox qürurluyuq. Ona görə ki, Ordu-Xalq-Dövlət olaraq tarixin böyük sınağından, imtahanından üzüağ çıxdıq. 30 ildir böyük salonlardan, kürsülərdən Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur deyənlərə layiqli cavab verdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Deyə bilərik ki, bu zəfərin başlanğıcı cənab Prezidentin qətiyyətində, xalqa sevgisində, dövlətçiliyə sədaqətində, xalqın orduya dəstəyindədir. Bu zəfərin başlanğıcı isə 27 sentyabrdır.Afaq Xankişiyeva
Xəbərin oxunma sayı :
67
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta