AZ

İran “Hizbullah”a kömək üçün qoşun göndərməyəcək - XİN rəsmisi

İran “Hizbullah” hərəkatına kömək etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani deyib.

Onun sözlərinə görə, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları İsrailin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər.

“Livan sübut etdi ki, özü də bu işğal rejimini məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kanani mətbuat konfransında bildirib.

Seçilən
51
7
modern.az

10Mənbələr