AZ

Tehran: İran qoşunlarını göndərməyi planlaşdırmır


İran "Hizbullah" hərəkatına kömək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır. 

Azreform.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

“Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları İsrailin təcavüzündən müdafiə etmək üçün bütün lazımi imkanlara malikdir. Livan sübut etdi ki, özü də bu ölkəni məğlub etməyə qadirdir. İranın könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - Kənani mətbuat konfransında bəyan edib.

Mürtəza
Azreform.info

Seçilən
38
7
azreform.info

10Mənbələr