AZ

Provayderlərlə bağlanan müqavilədə abonentlərin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd ediləcək

Bu günədək Azərbaycanda 171 provayder uçota alınıb.

Bunu Azərbaycanın telekommunikasiya və poçt rabitəsi üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) sədri Nail Mərdanov “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: layihələr və planlar” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

“2 illik fəaliyyəti dövründə İKTA bir sıra yeni xidmətlər istifadəyə verib. Bu ilin sonunadək agentlik yeni xidmət istifadəyə verəcək. Hazırda Azərbaycanda istənilən operatorun SİM kartını əldə etmək üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyat zəruridir. Gələcəkdə internet xidmətinin göstərilməsi üçün abonentlə bağlanan müqavilədə onun şəxsiyyət vəsiqəsinin FİN kodu da qeyd edilsin”, – deyə Nail Mərdanov əlavə edib.

Seçilən
70
35
banker.az

10Mənbələr