AZ

Rəşad Nəbiyev: "İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"

"İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük".

"Operativ Media" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

"İki il əvvəl başladığımız "Online Azərbaycan" layihəsi ilə ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsini hədəflədik. Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük", - o, qeyd edib.

Seçilən
113
6
operativmedia.az

10Mənbələr