Vivo şirkəti aktiv şəkildə vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, şirkətin məhsullar üzrə meneceri olan Han Boxiao təqdimata hazırlaşan vivo X200 modelinin ön panelinin ilk rəsmi fotosunu təqdim edib. Təqdim edilmiş fotoda vivo X200 ilə yanaşı vivo X100 də əks olunub. Bu üsul ilə bu iki smartfon arasındakı xarici görünüş fərqi sərgilənib. Fotoda sol hissədəki smartfon vivo X100, sağ hissədəki smartfon isə vivo X200-dür. Fotodan da görmək olar ki, vivo X100 modelinin kənarları əyilmiş dizaynda hazırlanmış gövdəyə sahib olduğu halda vivo X200 modeli yastı gövdə dizaynına sahibdir. Bununla yanaşı görmək olar ki, vivo X200 modeli olduqca nazik ekran ətrafı çərçivələri əldə edib. Qeyd etmək lazımdır ki, vivo X200 smartfonunun MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Vivo X200 smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta