Bakı. Trend:
XXI-ci əsrin bırinci yarısında qarşılaşdığımız təhlükəliçağırışlar sırasında suveren dövlətlərin daxili işlərinə xaricimüdaxilələr və hibrid təhdidlər xüsusi yeri tutur.
Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan buamillər beynəlxalq leksikona daxil edilmiş “hibrid müharibə”konsepsiyasının substantiv elementləridir. Nəzərə alaraq ki, beləbir konsepsiya və onun əsasında formalaşan strategiya və bunlarıntəzahürləri qeniş ictimaiyyətə məlum deyil, ilk növbədə bəzi mühümməqamlara aydınlıq gətirmək zəruridir.
“Hibrid müharibə” termini ilk dəfə olaraq Amerika BirləşmişŞtatlarının Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və30 ildən çox bir müddətdə milli təhlükəsizlik məsələləri üzrəanalitik və hərbi məsləhətçi kimi fəaliyyət göstərən Frenk Hoffmantərəfindən 2007-ci ildə dərc edilən “21-ci əsrdə münaqişə: hibridmüharibələrin yüksəlişi” monoqrafiyasında işıq üzü görmüşdür.
Hibrid müharibənin siyasi fenomen olaraq xarakterikxüsusiyyətlərinə nəzər salsaq, qeyd olunmalıdır ki, bunlardanbirincisi münaqişə tərəflərindən birinin digərinə zərər vurulması,onu daxili və xarici siyasətində dəyişiklik olunmasına məcburedilməsidir. İkincisi, münaqişədə qalib gəlmək üçün hərbi xarakterdaşımayan üsullardan da istifadə olunur və bu cür üsulların vəvasitələrin geniş diapazonu var. Əlbəttə ki, bəzi hallarda, və bizbunun canlı şahidi olmuşduq, münaqişədə olan tərəf qeyri-nizamisilahlı dəstələrin yaradılması, onlara təlim keçirilməsi, onlarınmaliyyələşdirilməsi, təchizatı, muzdluların cəlb edilməsi, digərsözlərlə qeyri konvensional üsüllardan da istifadə edir. Ancaqqibrid qarşıdurmada qeyri-hərbi vasitələr və metodların tətbiqinəüstünlük verilir. Məsələn, düşmənçilik xarakteri daşıyanməlumatların toplanılması və informasiya fəzasında istifadəsi,kiber hücumlar, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdəqarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə daxil edilməsivə sairə. Hibrid təhdidlər kritik infrastruktura, yəniiqtisadiyyət, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edənqurumlar üçün strateji əhəmiyyət kəsb edən idarəetmə sistemləriüçün fövqəladə təhlükə mənbəyidir. Bu sırada sadəcə kritikinformasiya infrastrukturunun təhlükəsizliyinə təhdidləri qeydetmək kifayətdir. Bu məsələlər hazirda global qündəlikdə ciddişəkildə diqqəti cəlb edir. Məsələn, 2013-cü ildə Kibermüdafiəsahəsində NATO mərkəzinin təşəbbüsü ilə 20-dən cox beynəlxalqnüfuzlu ekspertlər tərəfindən “Kiber müharibəyə münasibətdə tətbiqolunan beynəlxalq hüquq üzrə Tallin vəsaiti” hazırlanmışdır və busənəddə kiber-əməliyyatlar və kiber-müharibələrin aparılmasıkontekstində beynəlxalq hüquq normalarının tövsüfi məsələləri çoxdetallı formada araşdırılmışdır və 2017-ci ildə bu sənədin yenidaha əhatəli versiyası hazırlanmışdır.
Sadaladığım məqamlar əyani formada nümayiş etdirir ki, bizhəddindən artıq bir mürəkkəb dövrdə yaşayırıq və bu dövrüntəhdidləri və çağırışlarına qarşı ciddi preventiv tədbirlərgörülməlidir.
Ötuz ilə yaxın bir müddətdən sonra erməni işğalına sonqoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tam bərpaolunması bəzi dövlətlər, onların birlikləri və beynəlxalqtəşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olmuşdur.Ermənistanın revanşıst meyllərinin alovlandrırılması, geniş silahtəchizatına dəstək verilməsi və ölümcül silah növlərininErmənistana ötürülməsi, müxtəlif mənbələrdən irimiqyaslı maliyyəvəsaitlərinin ayrılması – bütün bunlar əyani formada nümayişetdirir ki, bir sıra qüvvələr regionda beynəlxalq sülhün vətəhlükəsizlik rejimin bəqərar olunmasında maraqlı deyillər. Bütünbunlar ölkəmizin apardığı siyasətə xaricdə müdaxilələr vəAzərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşahidə olunur.Belə bir şəraitdə qeyd etdiyim cəhdlərin qarsının alınması, millimaraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeniaddımalar atılması və bütün zəruri tədbirlərin görülməsifundamental əhəmiyyətə malikdir və du addımların parlamentmüstəvisində də reallaşdırılması ümumi işimizə çox faydalı olabilər.
Bu mənada Milli Məclis tərəfindən Xarici müdaxilələrə va hibridtəhdidlərinə qarşı müvəqqəti komissiyanın yaradılması zamanıntələbidir və yüksək dərəcədə əhəmiyyətli olacaq.
Müasir mərhələdə Azərbaycan RespublikasınınPrezidenti İlhamƏliyevin rəhbərliyi altında milli maraqlarımıza cavab verən uğurludaxili və xarici siyasət həyata keçirilir və heç bir xaricimüdaxilə cəhdi və ya beynəlxalq müstəvidə müşahidə etdiyimizneo-kolonializm meyyləri yaxud potensial təhdidlər bizi bu yoldandöndərə bilməz.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin üzvü