Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasıyeni bombardirlər siyahısı açıqlayıb. Burda milli komanda və qitəmiqyaslı klub turnirlərində ən azı 8 qol vuran futbolçular yer alıb.

Offsideplus.az xəbər verir ki, "Olimpiakos"un mərakeşli hücumçusu Ayub Al-Kaabi liderdir. O, klubda 11, yığmada isə 4 olmaqla, ümumilikdə 15 dəfə fərqlənməyi bacarıb.

"Əl-Sədd"in qətərli oyunçusu Akram Afif ikinci, "Bayern"in ingilis ulduzu Harri Keyn üçüncü pillədə qərarlaşıb.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo avrokuboklarda 9 qol vursa da cədvələ daxil edilməyib. Buna səbəb təsnifat mərhələlərində vurulan qolların hesablanmaması olub.