AZ

UEFA bu hakimi ÇL-in oyunundan niyə kənarlaşdırıb? – ŞOK SƏBƏB

Avropa Futbol İttifaqı (UEFA) Çempionlar Liqası çərçivəsində keçiriləcək “PSV Eyndhoven” – “Sportinq” matçının hakim heyətində dəyişiklik edib.

Publika.az xəbər verir ki, bu görüşün dördüncü hakimi italiyalı Fabio Mareska olmalı idi, lakin o, qalmaqalın mərkəzində olub və hakimlər siyahısından çıxarılıb.

“Gazzetta dello Sport”un məlumatına görə, Küveytin yüksək divizionunda “Əl Küveyt” – “Əl Ərəbi” matçında Mareska futbolçulardan birinə ölümlə hədələyib.

KİV-in məlumatına görə, bu, “Əl Ərəbi”nin futbolçusu Xalid əl-Marşd olub. Bu barədə komanda üzvü məlumat verib. O, əlavə edib ki, italiyalı hakimin bir oyunçuya “səni öldürəcəm” deyə qışqırdığı iddia edilən hadisəni video və digər vasitələrlə sübut etmək olar.

Seçilən
119
49
publika.az

10Mənbələr