1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qaçaq Pxacu şəhərində oğurlanmış avtobusla Cənubi Koreyadan KXDR-ə qayıtmağa cəhd edib.
Oxu.Az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
30 yaşlı kişi KXDR-ə gedən və demilitarizasiya zonasının cənubunda yerləşən Birləşmə Körpüsündə qurulmuş barrikadalara çırpılıb. Qaçaq Cənubi Koreya polisi tərəfindən saxlanılıb.
O, hüquq-mühafizə orqanlarına maliyyə çətinlikləri səbəbindən KXDR-ə qayıtmağa cəhd etdiyini bildirib. Kişi təxminən 10 il əvvəl Koreya yarımadasının cənubuna gəlib. Polis işlə bağlı cinayət işi açıb.
Qeyd edək ki, Cənubi Koreyada təxminən 34 000 şimaldan qaçmış sakin yaşayır.