AZ

KXDR Cənubi Koreya ilə quru sərhədlərini bağladı

Şimali Koreya Cənubi Koreya və ABŞ-nin hərbi əməliyyatları səbəbindən bu gündən etibarən Cənub ilə bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin möhkəmləndiriləcəyi bildirilib.  

Cənubi Koreyanın “əsas düşmən dövlət” və “sabit əsas düşmən” olaraq xarakterizə edildiyi bəyanatda “Ordumuzun sərhədi daimi olaraq kəsib bağlaması müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə tədbiridir", - sözləri yer alıb. 

Açıqlamada Şimali Koreya ordusunun Cənubda yerləşən ABŞ əsgərlərinə telefon mesajı ilə istehkam fəaliyyətini elan etdiyi və bunun fəaliyyətin yanlış anlaşılması və təsadüfi qarşıdurma riskinin qarşısını almaq məqsədi daşıdığı bildirilib.

Seçilən
67
30
unikal.az

7Mənbələr