İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə Yaxın Şərq regionunda böyük müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
O söyləyib ki, Avropa İsrailə nəzarət etməlidir. Əks halda İranın cavabı ilə üzləşəcək və region böyük müharibəyə başlayacaq.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib./report