“Rusiya bütün digər ölkələr arasında Fransa üçün əsas təhlükədir”.
Missiya.Az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastian Lekornu “Le Point” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva Fransanın Afrikadakı maraqlarına qarşı çıxır.
Lekornu qeyd edib ki, Rusiya guya informasiya müharibəsi aparır və Fransa hərbçilərinə qarşı aqressiv hərəkət edir.
Xatırladaq ki, siyasətçi bundan əvvəl Rusiyanı Fransa və NATO müttəfiqləri üçün təhlükə adlandırmışdı.
Daşqın HəsənovMissiya.Az