AZ

İranla İsrail arasında müharibə faktiki olaraq illərdir gedir - ÖZƏL

"İranla İsrail arasında müharibə faktiki olaraq illərdir gedir".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Sadəcə, bizim başa düşdüyümüz tərzdə, yəni klassik bir müharibədən söhbət eləmirik. Yəni ordular qarşı-qarşıya gəlsin, cəbhə xəttində döyüşlər getsin və s. Yəni belə bir müharibə deyil. İsrail-İran arasında quru bağlantısı olmadığı üçün və rəsmi elan edilmiş müharibə olmadığı üçün tərəflər arasında ideoloji sferada, siyasi sferada, diplomatik sahəsində, iqtisadiyyatda və təbii ki, kölgə müharibəsi gedir. Bu müharibənin aktiv hərbi fazası isə daha çox proksi adlandırdığımız müharibədir. Proksi müharibə odur ki, aktorlar birbaşa iştirak etməsə də, onların dəstəklədiyi, maliyyələşdirdiyi qruplaşmalar onların yerinə döyüşür. Daha doğrusu burada İranın proksi qüvvələri İsraillə birbaşa döyüşür ki, bunlar kimlərdir? Husilər, Həmas, Hizbullah kimi silahlı qruplaşmalardır. İllərdir bu qruplaşmalar faktiki olaraq İsrailin ətrafında bir çənbər yaradıb və İsrailin gücünü tükədəcək bir aqressiv müharibənin içərisinə salıblar. 
Təbii ki, bu gün proseslər yenidən aktivləşib. Xüsusilə də İsrailin Livanın cənubunda Hizbullaha qarşı başlatdığı antiterror əməliyyatları fonunda İran da öz növbəsində İsrailə cavab verir və nadir hadisələrdən olan birbaşa zərbələr endirir. Amma bunu da yenə klassik müharibə adlandırmaq olmaz. Yəni ortada total bir müharibə yoxdur, tərəflər arasında ciddi döyüşlərə getmir, sadəcə aviasiya zərbələri vurulduğunun şahidi oluruq. 
Amma İran İsrail arasında potensial müharibə, yəni klassik mənada müharibə baş verə bilərmi deyə soruşsaq, bu ehtimal azdır. Amma fərz edək ki, belə bir müharibə olarsa, təbii ki, bu regionda həm siyasi xəritələrin dəyişməsinə gətirib çıxarar, yəni yeni dövlətlər yarana bilər, mövcud dövlətlər parçalana bilər. Paralelində regionda bir çox qüvvələr gələ bilər ki, bunların içərisində biz Böyük Britaniyanı, Fransanı, Amerika Birləşmiş Ştatlarını, hətta İranı dəstəkləyən Rusiya və Çini də görə bilərik. Yəni bir üçüncü dünya müharibəsi olmasa da, üçüncü dünya müharibəsi modelində bir müharibənin şahidi ola bilərik. Yəni Ukrayna-Rusiya arasında gedən müharibədə. Necə ki, iki tərəf var, amma pərdə arxasında oyunçular çoxdur. Eyni ilə İranla İsrail arasındakı müharibədə də bənzər bir ssenarinin şahidi ola bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
109
50
olaylar.az

10Mənbələr