İlon Mask Pensilvaniyada eks-prezidentə qarşı sui-qəsdin baş verdiyi meydanda Trampın mitinqinə qatılacağını bildirib...
“Tesla Inc” və “SpaceX”in baş direktoru, Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin ilk cəhdin baş verdiyi meydanda keçirəcəyi mitinqdə iştirak edəcəyini bildirib.
Poliqon xəbər verir ki, biznesmen bu barədə X sosial şəbəkəsində yazıb.
“Mən dəstək olmaq üçün orada olacağam!”, deyə Mask Trampın açıqlamasına cavab olaraq yazıb.
Mitinq oktyabrın 5-də Pensilvaniya ştatının Butler şəhərindəki meydanda keçiriləcək. mitinq ABŞ prezident seçkilərinə düz bir ay qalmış baş tutacaq.
Bu gün Bloomberg Agentliyinin yazdığına görə, İlon Mask Trampın hakimiyyətə gəlmək üçün üçüncü cəhdinə artıq on milyonlarla vəzait ayırıb və onun yaratdığı “Super fəaliyyət” siyasi komitəsinin kampaniyalarına 71 milyon dollar xərcləyib.
Xatırladaq ki, Trampın həyatına ilk sui-qəsd cəhdi iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib. Eks-prezidentə bir neçə dəfə atəş açılıb, güllələrdən biri onun qulağını sıyırıb.
Poliqon.info